Ronaldinyonun özünə yeni sənət tapması haqda bu yazıda xəbər vermişdik.
Rep qrupu ilə kliplərə çəkilən dünyaca məşhur sima "Tropa do Bruxo"nun prodüseri və bəstəkarıdır. İlk klip ötən ay təqdim olunmuşdu.
"Oclin e Evoque" adlı yeni klip dünən "youtube"a yerləşdirilib. Klipə baxış sayı qısa müddət üçün yaxşıdır - 280 min. Bu da səbəbsiz deyil. Erotik xarakterli klipin əsas qəhrəmanı Ronaldinyo və rep deyən oğlanların əhatəsindəki qızların rəqsi sözün əsl mənasında "ürək ağrıdır". 3 dəqiqə 36 saniyəlik çarxda öpüş səhnələri və digər görüntülər də yer alıb.
Necə deyərlər, 100 dəfə eşitməkdənsə, 1 dəfə baxmaq yaxşıdır. Buyurun, baxın...