“Ruhlar şəhəri” Ağdamdan - FOTOLAR
Azərbaycan ordusu noyabrın 10-u imzalanan atəşkəs razılaşmasına əsasən 27 ildən sonra geri qaytarılan Ağdam rayonuna daxil olub. Bu ərazidə tərk edilmiş ən böyük şəhərlərdən biri yerləşir.
“RİA Novosti” erməni vandalizmi nəticəsində dağıdılmış və viran qoyulmuş Ağdam şəhərindən fotoreportaj hazırlayıb.
Qeyd olunub ki, Ağdam bir vaxtlar tarixi abidələri ilə məşhur olan həyat dolu bir şəhər olub.
İndi Xankəndidən 26 kilometr və Bakıdan 365 kilometr məsafədə yerləşən Ağdam boşdur.
1990-cı illərdə Qarabağ müharibəsində şiddətli döyüşlərə səhnə olan Ağdam demək olar ki, tamamilə məhv edilib.
Ağdam demək olar ki, tamamilə dağıdılıb.
Qismən salamat qalan binalardan biri XIX əsrin ikinci yarısında tikilən Cümə məscididir.
Ağdamda Cümə məscidi.
Həmçinin qeyd olunub ki, müharibədən əvvəl şəhərdə fabriklər və dəmir yolu stansiyası, tibb, musiqi və kənd təsərrüfatı məktəbləri və teatr fəaliyyət göstərirdi.
Ağdamın görməli yerlərindən biri də Çörək Muzeyi idi. Burada qədim eksponatlar: qiymətli əlyazmalar, qədim alətlər, nadir taxıl məhsulları saxlanılırdı.
2000-ci illərdə "Lonely Planet" jurnalı Ağdama "Qafqazın Hiroşiması" adını vermişdi.
Bundan sonra Ağdam "Ruhlar şəhəri" adını aldı.
Oxşar xəbərlər
Füzulidən dünyaya musiqi ilə mesaj -
Son Xeberler
Ermənilərin qoyub qaçdığı "ruhlar şəhəri" -
Son Xeberler
“Qafqazın Xirosiması” - “France-24” Ağdamdan repor...
Son Xeberler
“Ruhlar şəhəri” Ağdam -
Son Xeberler
Düşmənin növbəti hərbi kolonu məhv edildi
Son Xeberler
Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “...
Son Xeberler