“Rus sülhməramlıların belə bir xəritə hazırlamaq səlahiyyəti yoxdur”
"Rusiya sülhməramlarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinə bir başa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsanı aradan qaldırmalıdırlar, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı.
Görünür ki, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə Şanlı Zəfər yürüşümüzdə bütün dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir. Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində Şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bugün ölkəmiz nəinki regionun həm də dünyanın ən güclü dövlətlərindən biridir.
Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaq”.
Oxşar xəbərlər
Prezident sülhməramlılarla bağlı sualı cavabladı
Son Xeberler
Rusiya sülhməramlıları Qarabağdakı xəritə qalmaqal...
Son Xeberler
Vaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır...
Son Xeberler
“O xəritələr də cəhənnəmə getdi”
Son Xeberler
“Səhiyyə Nazirliyi sanki süddən çıxmış ağ qaşıqdır...
Son Xeberler
Satış koordinatoru vakansiyası
Edumap.az Təhsil Portalı