Rusiya MN Qarabağla bağlı məlumat yaydı
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, sülhməramlılar 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur:
"Rus sülhməramlıları sakinlərin daimi yaşayış yerlərinə qayıtmalarını, mülki nəqliyyat vasitələrinin hərəkətini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə daşınmasını təmin edir".
Məlumata görə, 14 noyabr 2020-ci ildən indiyədək 52 415 nəfər Dağlıq Qarabağa qayıdıb.
Rusiya sülhməramlı kontingenti pozuntuların və müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq üçün müntəzəm olaraq döyüş hazırlığı və təlimlər keçirlər. Bütün müşahidə məntəqələrinin hərbi personalı atıcı silahlardan və qəlpələrdən qorumaq üçün hazırlanmış istehkamlarla təchiz olunub.
Oxşar xəbərlər
SON DƏQIQƏ: Rusiya Müdafiə Nazirliyi Qarabağla bağ...
Son Xeberler
Rusiya XİN-dən Laçın dəhlizi ilə bağlı YENİ AÇIQLA...
Son Xeberler
Putinlə Paşinyan telefonla danışıb
Son Xeberler
Lavrovdan QARABAĞ AÇIQLAMASI:
Son Xeberler
Peskovdan Putinin Qarabağla bağlı müraciətinə müna...
Son Xeberler
Rusiyalı heyət Azərbaycana və Ermənistana səfər ed...
Son Xeberler