Rusiya Müdafiə Nazirliyi: Hadrutda atəşkəs pozulub
Dağlıq Qarabağda atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, dekabrın 11-də Hadrut ərazisində atəşkəsin bir dəfə pozulması qeydə alınıb.
"Bütün təmas xətti üzrə atəşin dayandırılması rejiminə riayət edilir. 11 dekabrda Hadrutda atəşin dayandırılması rejiminin bir dəfə pozulması qeydə alınıb. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”, - nazirliyin xəbərində deyilir.
Nazirlik bildirib ki, Rusiyanın sülhməramlı kontingenti ilə vətəndaşların daimi yaşama yerlərinə təhlükəsiz qayıdışı təmin olunur, humanitar kömək göstərilir, mülki infrastruktur obyektləri bərpa edilir.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin birgə məlumatında Hadrutda ermənilərin terror-təxribat və diversiya əməlləri törətdiyi bildirilib.
Oxşar xəbərlər
SON DƏQIQƏ: Rusiya Müdafiə Nazirliyi Qarabağla bağ...
Son Xeberler
Moskvadan İrəvana təcili zəng edildi - SON DƏQİQƏ!
Son Xeberler
Rusiya Ordusu Donetskda Yeni Bir Yaşayış Məntəqəsi...
Bugun.az
40 mindən çox erməni Qarabağa qayıdıb -
Son Xeberler
Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı...
Son Xeberler
"Sülhməramlıların Qarabağda mühasirəyə düşməsi yal...
Son Xeberler