Rusiyada bir günə 507 nəfər öldü - Qonşu ölkələrdə son vəziyyət
Gürcüstanda son 24 saat ərzində daha 3 074 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 114 min 889-ə çatıb.
ölkədə sutka ərzində daha 34 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1085-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 95 min 581 nəfərdir.
Rusiyada isə son bir gündə 23 min 675 yeni yoluxma faktı qeydə alınıb.
Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 507 pasiyent ölüb, 23 min 748 nəfər isə sağalaraq xəstəxanadan çıxıb.
Ölkə üzrə ümumilikdə 2 milyon 162 min 503 nəfər insan koronavirusa yoluxub.
Ermənistanda son sutka ərzində daha 1563 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 129 min 85 nəfərə çatıb. Daha 38 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2040-a çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
Oxşar xəbərlər
Rusiyada son sutkada 507 nəfər COVID-19-dan ölüb
Son Xeberler
Rusiyada son sutkada 456 nəfər koronavirusdan ölüb
Son Xeberler
Rusiyada daha 6615 nəfər koronavirusa yoluxdu
Son Xeberler
Rusiyada koronavirusa yoluxmada kəskin artım var
Son Xeberler
Rusiyada koronavirusa yoluxanların sayı 511 423-ə...
Son Xeberler
Rusiyada son sutkada koronavirusdan 613 nəfər ölüb
Son Xeberler