Rusiyada güclü zəlzələ kameraya düşdü - VİDEO

22.09.2020 08:58 528 baxış sayı 2 dəq. oxuma
Rusiyada güclü zəlzələ kameraya düşdü -

Rusiyanın İrkutsk vilayətində gecə saatlarında zəlzələ baş verib.

Slyudanka şəhərində zəlzələ marketlərin birinin nəzarət kamerasına düşüb.

“Podsluşano Slyudanka” “Vkontakte” kanalı sözügedən videonu yayımlayıb.

Zəlzələnin episentri şəhərdən 84 kilometr məsafədə - Kultuk qəsəbəsində yerləşib və burada yeraltı təkanların gücü səkkiz bala çatıb.

Irkutsk və Slyudyankada yeraltı təkanlar 5-6 bal təşkil edib.

İlkin məlumatlara görə, itki və dağıntı olmayıb.

 

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: