
Son Xeberler
9 abunə
Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA
24.02.2021 15:11
700 baxış sayı
2 dəq. oxuma

Qarlı və çovğunlu hava şəraiti məktəblərdə şagirdlərin dərslərə davamiyyətinə də təsir edib. Belə ki, bəzi məktəblər valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.
Sabah da bu cür hava şəraitinin davam edəcəyini nəzərə alaraq, məktəblərdə dərslərin dayandırılıb-dayandırılmayacağı ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı hansısa məlumat yoxdur:
"Məktəblərdə davamiyyət xeyli aşağı düşüb. Bu, daha çox kəskin hava şəraiti ilə bağlıdır. Tədris də bütövlükdə ənənəvi şəkildə deyil, qismən bərpa olunub. Daha çox distant formada keçirilir. Amma bütövlükdə dərslərin dayandırılması ilə bağlı hansısa məlumat yoxdur". (Bakupost)
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ali məktəblərdə dərslər bu tarixdə başlayacaq
Son Xeberler
576
27/08 14:56

Bakının Bəzi Ərazilərində Qaz Təchizatı Dayandırıl...
Bugun.az
222
15/10 16:25

Moskvada məktəblər açılır
Son Xeberler
565
14/01 08:45

Məktəblərdə əyani tədris martda yenidən dayandırıl...
Son Xeberler
750
17/02 16:41

Hansı halda məktəblərin fəaliyyətini dayandıracağı...
Son Xeberler
568
27/08 14:42

Dərslər 14 günlük dayandırılacaq və... -
Son Xeberler
781
23/09 12:31