🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Sabunçuda yol qəzası, xəsarət alan var

20.09.2020 06:47 493 baxış sayı 1 dəq. oxuma
Sabunçuda yol qəzası,

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu ərazisində “Mitsubishi” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.

FHN-də verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş: