Şahin quşu ovlayana 2 minlik cərimə - FOTOLAR
Biləsuvar rayonunun inzibati ərazisində şahin quşlarının tutularaq xaricə satılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.
Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar rayonunun Azı deyilən ərazisində şahin quşlarını ovlamaq istəyən rayonun Aranlı kənd sakini Yaqub İbayev saxlanılıb:
“Qanun pozucusunun idarə etdiyi 90-UM-312 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilinə keçirilən baxış zamanı şahin quşlarının ovlanmasında istifadə edilən kustar üsulla hazırlanmış kürəyində tələ olan 2 çöl göyərçini, 5 tələ və şahin quşlarının saxlanılması üçün qəfəslər aşkar edilərək maddi sübut kimi götürülüb”.
H.Əlizadə qeyd edib ki, fakla bağlı təqsirkar Yaqub İbayev barəsində akt və protokol tərtib olunub və o, 2000 manat məbləğdə cərimə edilib.
Oxşar xəbərlər
5 aylıq nəvəsinə 85 minlik saat bağışladı -
Son Xeberler
Uğur Şahin peyvəndin qeydiyyatı üçün ABŞ-a müraciə...
Son Xeberler
“Hər gün 20 manat cərimə yazırlar” -
Son Xeberler
Şahin Mustafayev və Mher Qriqoryan Sərhəd Məsələsi...
Bugun.az
Azərbaycanda elçiliyin sonu ölümlə bitdi
Xəbər Anı
"Maxim" taksi şirkəti 20 min manat cərimə edildi
Bugun.az