🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Şaiq Həmidovun qızı: "Atamın sağlamlığına pandemiya təsir etdi"

11.06.2020 10:47 418 baxış sayı 3 dəq. oxuma
Şaiq Həmidovun qızı: "Atamın sağlamlığına pandemiya təsir etdi"
"Atam ömrünün 69-cu ilində idi. Deməz olmaz ki, xəstəliyi olmayıb. Sadəcə, bir dəqiqənin içində dünyadan getdi. Oturduğu yerdə keçindi. Onu görsəydiniz, elə bilərdiniz ki, sağdır, biz gözlərini yummuşuq. Necə həyat sürmüşdüsə - namusla, qeyrətlə, heç kimi incitmədən, əziyyət vermədən elə də canını tapşırdı".         

Bu fikirləri Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidovun qızı Gülşən Həmidli atasının vəfatı ilə bağlı danışarkən deyib. O, Ş.Həmidovun şəkərli diabet xəstəsi olduğunu, buna baxmayaraq, dərmanlarını müntəzəm qəbul etdiyini söyləyib.

G.Həmidlinin sözlərinə görə, atasının vəfatından sonra bəlli olub ki, onda ürək çatışmazlığı inkişaf edib: "Belə başa düşürəm ki, bu, pandemiyaya görə ola bilər. Çünki o, çox aktiv həyat tərzi yaşayırdı. Piyada çox gəzir, dostları ilə hər zaman görüşür və hamı ilə əlaqə saxlayırdı. Demək olar ki, iki ay evdən çıxmadı. Yəqin ki, bu, mənim atamın sağlamlığına təsir etdi". 

Qızı mərhumu belə xarakterizə edib: "Bizim qardaşımız olmayıb. Atam bizə həm qardaş, həm də dost olub. Ondan bir dəfə də qeyri-etik söz eşitməmişik. Hər zaman sözlərinə diqqət edirdi ki, mənim evimdə qızlar böyüyür".  


Paylaş: