Şamaxıda qanunsuz ov edənlər saxlanıldı - FOTO

26.01.2021 09:04 472 baxış sayı 3 dəq. oxuma
Şamaxıda qanunsuz ov edənlər saxlanıldı -

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Qonaqkənd kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Şamaxı rayonu İkinci Çaylı kənd sakinləri Fəxrəddin Zərbəliyev və Sübhan Həbibov olduqları məlum olub. Həmin şəxslərdən “MR-155” və “Tula” markalı ov tüfəngləri, həmçinin hər iki silaha məxsus 35 patron götürülüb. S.Həbibova məxsus “Tula” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı da müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: