Samirin ölümündən əvvəlki səsyazısı haqda TƏBİB araşdırmalara BAŞLADI
Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nəcəfzadə koronavirusdan dünyasını dəyişib.
Samir Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib.
O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir”.
Əldə etdiyimiz məlumata görə, ki, S. Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.
Mərhumun atası Sabir Nəcəfzadə də saytımıza açıqlamasında itkinin onlar üçün ağır olduğunu qeyd edib. O bildirib ki, oğlunun ölümü qəfil baş verib. Yayılmış səsyazısına isə münasibət bildirməyəcəyini vurğulayıb.
“Qafqazinfo” məsələylə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevayla əlaqə saxlayıb. O məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmaların getdiyini bildirib.
Oxşar xəbərlər
Xan Bakinskinin ailəsi haqda İLK DƏFƏ –
Son Xeberler
Boşanma xəbərləri yalan çıxdı
İdman Xəbər
Azərbaycan nefti bahalaşıb
Son Xeberler
Bakıda havadan gələn qoxu hamını
Son Xeberler
Bu ölkədə nazir koronavirusdan öldü
Son Xeberler
Xudavəngdə iki post olacaq
Son Xeberler