
Son Xeberler
9 abunə
"Sədərək"də bədbəxt hadisə: 1 nəfər öldü, 1 yaralı var
01.02.2021 07:42
501 baxış sayı
2 dəq. oxuma

Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ Rayon Prokurorluğundan daxil olan məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Kranın aşması nəticəsində bir nəfər öldü -
Son Xeberler
590
04/09 12:12

"Sədərək"lə bağlı ŞAD XƏBƏR
Son Xeberler
672
23/12 06:14

AzTv-nin binasında bədbəxt hadisə:
Son Xeberler
672
25/12 17:57

"Sədərək"lə bağlı sahibkarlara ŞAD XƏBƏR -
Son Xeberler
1,071
21/12 11:48

“Sədərək” və “Binə” ticarət mərkəzlərindən gizli...
Son Xeberler
676
16/09 13:30

Qız çayda selfi çəkərkən öldü -
Son Xeberler
775
15/01 10:08


