Səfərbərlik Xidmətində qeydə alınanların sayı AÇIQLANDI- RƏQƏM
"Dünən Prezidentin çıxışından sonra təqribi 4000-ə yaxın vətəndaş qeydə alınıb. Bu proses bu gün də davam etdirilir”.
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov brifinqdə deyib. O qeyd edib ki, əgər hər hansı səfərbərlik olduqda hərbi hisslərdən daxil olmuş sifarişlər əsasında onlar hazırlanaraq toplanış məntəqələrindən hərbi hissələrə göndərilir: "Hərbi hissələr bu gün sülh üçün tam komplektləşdirilib. Müharibə dövrü üçün xidmət tərəfindən bütün tədbirlər görülüb. Əgər zərurət yaranarsa bu tədbirlər həyata keçirilə bilər.
Bu gün sosial şəbəkələrdə belə fikir formalaşır ki, gənclər könüllü şəkildə iştirak etməklə bağlı xidmətə müraciət edirlər. Hər bir halda bizə müraciətlər olub. Biz qanunvericiliyi onlar izah edib çatdırmışıq. Bildirmişik ki, kimə təlabat varsa onlar müxtəlif hərbi hissələrə göndərilə bilər. Bir çoxu bildirir ki, biz istəyirik döyüşə gedək, ancaq bizi qeydiyyata almırlar. Hərbi vəzifəlilərin və digər vətəndaşlar hamısının qeydiyyatı bizdə var”.
Etiketlər
Oxşar xəbərlər
Almaniyada koronavrusa yoluxanların sayı 186 mini...
Son Xeberler
Azərbaycanda qismən səfərbərlik elan edilib
Son Xeberler
DSX-də koronavirusa yoluxma sayı az olub -
Son Xeberler
Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib -
Son Xeberler
Bu il 13 738 nikah, 4 287 boşanma halı qeydə alını...
Son Xeberler
Ermənistanda bir sutkada rekord sayda yoluxma qeyd...
Son Xeberler