🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Səfərbərliklə çağırılan şəxslər nə zaman evə buraxılacaq? - Polkovnikdən AÇIQLAMA

14.12.2020 17:04 961 baxış sayı 3 dəq. oxuma
Səfərbərliklə çağırılan şəxslər nə zaman evə buraxılacaq? -

"Səfərbərlik Ali Baş Komandanının sərəncamı əsasında elan olunur. Bu sərəncam əsasında Azərbaycanda qismən səfərbərlik elan olunub. Qismən ona görə elan edilib ki, burada yaş məhdudiyyəti var. Ordu sıralarına cəlb olunan şəxslər eyni ilə sərəncam əsasında tərxis ediləcəklər".

Bu sözləri BAKU.WS-ə ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib

Onun sözlərinə görə, prezidentin sərəncamı olmadan əsgərləri heç bir qurum tərxis edə bilməz: "Lakin bir məsələ var ki, müharibə olub və itkilərimiz var. Tərxis olunma barədə qərar hərbi hissələrə ehtiyacdan və veriləcək tapşırıqlardan irəli gəlir. Bu dəqiqə məlumatlar gəlir ki, bəzi terrorçu qruplar, silahı yerə qoymaq istəməyənlər və müəyyən bir qruplar fəaliyyət göstərirlər. Artıq bizim əsgərlər arasında itki də var. Bu dəqiqə həmin ərazilərin təmizlənməsi işləri gedəcək. Yəni həmin o silahlı qrupların izlənilməsi prosesi başlayıb.

Əsgərlərin sayı verilən tapşırıqlara bağlıdır. Ona görə konkret bir söz demək çətindir. Bəlkə, orada o qədər silahlı qruplar var ki, tərk-silah edilməmiş bərpa işlərini görən şəxsləri narahat edə bilərlər.

Biz konkret atəşkəsə riayət edirik. Ortada kapitulyasiya aktı kimi qəbul edilən sənəd var. Biz ərazi bütövlüyümüzü bərpa etmişik və dövlət sərhədində hərbi hissələrimiz xidmət aparırlar. Bu dəqiqə sərhəd uzanıb, çünki əvvəl sərhəd yox idi, əvəzində təmas xətti var idi. İndi təmas xətti yoxdur, sərhəd var. O sərhəddə xidmət aparmaq üçün Dövlət Sərhəd Xidmətinin çox sayda hərbi hissə və əsgəri yoxdur.

Düşünürəm ki, bu, çox çəkməyəcək. Yanvarın birində bizdə hərbi çağırış olacaq. Bu çağırışdan sonra hansısa qərar qəbul edilə bilər".

Paylaş: