Şəhid Elşad Məmmədov torpağa tapşırıldı - VİDEO

13.07.2020 11:33 707 baxış sayı 1 dəq. oxuma
Şəhid Elşad Məmmədov torpağa tapşırıldı -

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu baş əsgər Elşad Məmmədov dəfn olunub.

Şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Mərasimdə deputat Qənirə Paşayeva, Müdafiə Nazirliyinin rəsmiləri, rayon icra hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti də iştirak edib.

Qeyd edək ki, baş əsgər Elşad Məmmədov 1996-cı ildə anadan olub, 7 aylıq övladı var.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: