Şəhid mayorun "Kapital Bank"a 12 min manat kredit borcu var
Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun "Kapital Bank"a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə də, sonradan aldadılıb.
Bu barədə Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı məlumat verib.
O, bildirib ki, Anar Novruzov şəhid olmazdan öncə onun hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə imzalanıb:
"Şəhid Anar Novruzov bir nəfər hərbçiyə mənzil almaq üçün 11 min 850 manat pul ödəyib. Sonradan mənzil ona verilməmişdi. O da Sumqayıt Hərbi Prokurorluğuna müraciət etmiş, işdə cinayət tərkibi olmadığı üçün xitam verilmişdi. A.Novruzova bildirilmişdi ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsin. Birinci instansiya məhkəməsi A.Novruzovun prosesdə iştirak etmədiyinə görə, onun əleyhinə qərar çıxarmışdı. Sonra yanıma gəlib, qərarı mənə verdi. Biz Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdik.
Hazırlaşıram ki, A.Novruzovun vərəsəsi ilə lazımi sənədləri hazırlayaq. Məhkəmədə onun hüquqlarını tam müdafiə edəcəm. Ailəsindən mənə verilən məlumata görə, şəhid ödədiyi 11 min 850 manatı "Kapital Bank"dan kredit götürüb"
Oxşar xəbərlər
Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş e...
Son Xeberler
Kapital Bank 2020-ci ilin nəticələrini elan edib
Son Xeberler
Kapital Bank 2024-cü il üçün Maliyyə Nəticələrini...
Bugun.az
Mərkəzi Bank problemli kreditlərin həcmini açıqlad...
Son Xeberler
Kapital Bank POS terminal istifadəçilərinə yeni fü...
Son Xeberler
Şəhid və yaralananların kreditləri silindi -
Son Xeberler