🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Şəhidin anasına dedim ki, səndən küsmüşəm” Nazilə Səfərlidən daha bir video

20.07.2020 07:52 932 baxış sayı 3 dəq. oxuma
“Şəhidin anasına dedim ki, səndən küsmüşəm”

“Ağlım yerindədir, psixi problemim yoxdur, nə paylaşdığımı bilirəm”.

Bunu tanınmış şairə və teleaparıcı Nazilə Səfərli deyib. O, şəhid general-mayor Polad Həşimovun ailəsinə kondisioner hədiyyə etməsi ilə bağlı dediklərindən sonra tənqid olunub. Şairə növbəti dəfə video paylaşaraq, barəsində səsləndirilən tənqidlərə münasibət bildirib:

“Niyə hamınız üstümə düşmüsünüz? Gecə ilə şəhidin qapısına getmişəm. Niyə bilib-bilmədən danışırsınız? Gecə getdim, gördüm istidir. Fikirləşdim ki, millət gələcək, isti olmasın. Hədiyyə göndərdim, geri qaytardılar. Özü də geri qaytarmayıb, deyib ki, evdə adam çoxdur, bunu qoymağa yer yoxdur. Həm də evdə kondisioner olub, mən görməmişəm. Anamıza dedim, səndən küsmüşəm, payımı geri qaytardın. O da qayıtdı ki, pay geri qaytarmaram, evdə adamlar çox idi”.

N.Səfərli özünü reklam etmək niyyətinin olmadığını söyləyib: “Kimsə kiməsə yardım edərsə, “sağ ol” deyərlər. Deyirlər, yardım edənsən, get filankəsə et. Neçə ay əvvəl koronavirus başlayanda müğənniləri baltalayırdınız. Əllərində nə var idisə, aparıb imkansızlara payladılar. Özümə niyə reklam tutum ki? Beş aydır işləmirəm. Könlümdən keçdi, balam üçün canından keçənə hədiyyə göndərdim. Siz də edin”.

Paylaş: