Sel Goranboyda fəsadlar törədib - VİDEO

23.07.2020 15:17 681 baxış sayı 2 dəq. oxuma
Sel Goranboyda fəsadlar törədib -

Sel Goranboyun Aşağı Ağcakənd qəsəbəsində fəsadlar törədib.

Hadisə ötən gecə qeydə alınıb.

Gecə saatlarından yağmağa başlayan leysan yağışlar nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində evləri və həyətyanı sahələri sel basıb. 

Aşağı Ağcakənd qəsəbə icra nümayəndəsi Zöhrab Vəliyev bildirib ki, bu, qəsəbədə son bir ayda ikinci təbii fəlakətdir:

"Bundan əvvəl də leysan yağışlar nəticəsində qəsəbədə bir neçə evi su basmışdı. İndi də seldən 3-4 təsərrüfat ciddi ziyan çəkib. Artıq aidiyyəti qurumlar məlumatlandırılıb və zəruri addımlar atılacaq”.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: