
Separatçı rejimin “rəhbərləri” axtarışda verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Azərbaycanın mülki şəxslərinə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyanla bağlı cinayət işi açılıb.
Bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
Onun sözlərinə görə, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100, 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.
Baş prokuror qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib və istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib.
Oxşar xəbərlər

Xankəndində Azərbaycan bayrağı... - Ermənilər ŞOKD...
Son Xeberler

Ermənilər muzdluları cəlb etdiyini bu “qanun”la et...
Son Xeberler

Separatçıların “müdafiə naziri” ağır yaralandı
Son Xeberler

Araik Arutyunyan Qarabağdan qaçır -
Son Xeberler

“Azərbaycan Ordusu Xankəndi ətrafındadır” -
Son Xeberler

Araik Şuşaya əsas nəzarəti 5 noyabrdan itirdikləri...
Son Xeberler