🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Sevdiyi qız var idi, payızda toyu olacaqdı..." - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

13.07.2020 16:38 679 baxış sayı 2 dəq. oxuma
"Sevdiyi qız var idi, payızda toyu olacaqdı..." -

“Rəşad payızda toy etməyə hazırlaşırdı, amma nəsib olmadı”

Bu sözləri  dünən Tovuz rayonunun Ağdam kəndində düşmənə qarşı döyüşdə qəhrəmancasına şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun yaxın qohumu Mərdan Seyidbəyli deyib.

“Biz onu evləndirməyə tələsirdik. Amma o, hər dəfə əvvəl ev tikəcəyini, sonra isə evlənəcəyini bildirirdi. Artıq evi tam hazır idi, evlənməyə hazırlaşırdı. Sevdiyi qız var idi, payızda həm nişanı, həm də toyu olacaqdı. Deyirdi ailəmi də yeni evə aparacam”, - deyə o, vurğulayıb.

Daha sonra M. Seyidibəyli Rəşadın digər qardaşının da faciəvi şəkildə həlak olduğunu qeyd edib:

“Rəşadgil iki qardaş idi. Beş-altı il bundan əvvəl Rəşadın qardaşı faciəvi şəkildə dünyasını dəyişib. Rəşad da Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldu. Rəşadın həlak olması valideynləri üçün çox ağır itki oldu”.

Paylaş: