
Son Xeberler
9 abunə
Siyavuş Novruzov da koronavirusa yoluxub? - AÇIQLAMA
23.06.2020 08:50
851 baxış sayı
3 dəq. oxuma

Milli Məclisin deputatları arasında COVID-19 infeksiyasına yoluxanların sayının artdığı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə yayılan həmin xəbərlərdə xəstəliyə yoluxan deputatlar arasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun da adı çəkilir. Buna səbəb kimi, Siyavuş Novruzovun parlamentin sonuncu iclasına qatılmaması göstərilir.
S.Novruzov Modern.az-a açıqlamasında parlamentin 19 iyundakı iclasına qatılmamasının səbəbini açıqlayıb:
"Keçən iclasa qatılmamağımın səbəbi vardı. Yeni Azərbaycan Partiyasının müşavirəsi keçirildiyindən hörmətli sədr Sahibə Qafarovadan icazə almışdım. Öncədən planlaşdırmışdıq ki, deputat Kamran Bayramov qanun layihəsini sessiyanın iclasına təqdim edəcək. Bir həftə öncədən deputat Kamran Bayramova bu işi həvalə etmişdik. O, qanun layihəsini həm komitədə razılaşdırdı, həm də plenar iclasa təqdim etdi”.
YAP icra katibinin müavini xəstəliyə yoluxanlar üzərində şou düzəldənlərə də səslənib:
"İstənilən şəxs bu virusla qarşılaşa bilər. Kimsə bu virusdan sığortalanmayıb. Böyük Britaniyanın, Rusiyanın, Kanadanın Baş nazirləri koronavirusa yoluxub. İranda parlamet sədrinin müavinləri, deputatlar dünyasını dəyişib. Bu xəstəlik insanları peşəyə bölmür ki! Baxmır ki sən müəllimsən, həkimsən, fəhləsən, deputatsan, fərq etməz!
Bizdə qəribə ənənə yaranıb. İnsan övladı xəstələnə də bilər, əməliyyat da oluna bilər, avtomobil qəzasına da düşə bilər. Burada nə var ki?! Xəstəlikdən şou düzəltmək yersizdir. Əgər hansısa deputatda koronavirus aşkarlansa, bunu şouya çevirmək olmaz axı... Allah hər kəsə şəfa versin. Bu qədər insanlar virusa yoluxur, dünyasını dəyişir... Deputat da insandır”.
N
Sosial media redaktoru
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Siyavuş Novruzov əməliyyat olundu
Bugun.az
121
20/03 09:25

SON DƏQİQƏ: Siyavuş Novruzov vəzifəsindən istefa v...
Son Xeberler
1,382
24/08 07:49

Siyavuş Novruzov DİN-i məhkəməyə vermək fikrindən...
Son Xeberler
601
11/02 08:37

Siyavuş Novruzov “Bu şəhərdə”nin onu parodiya etmə...
Son Xeberler
4,111
15/09 13:39

Siyavuş Novruzov toya getməsindən danışdı:
Son Xeberler
837
21/08 19:31

Siyavuş Novruzovun qardaşı vəzifədən azad olundu
Son Xeberler
612
25/09 12:57


