
Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıb.
S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar. Bundan başqa, Flarmoniyanın direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadə də eyni məbləğdə cərimə edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə faktı təsdiq ediblər.
Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.
Xatırladaq ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Etiketlər
Oxşar xəbərlər

Prezident İlham Əliyev Siyavuş Novruzovla bağlı
Son Xeberler

Səbinə Əliyevadan fəaliyyətini dondurması xəbərlər...
Son Xeberler

Siyavuş Novruzovla bağlı YAP-dan
Son Xeberler

Ombudsman Gəncədə yaralılara baş çəkdi
Son Xeberler

Ombudsman Aparatında İlber Ortaylı ilə Görüş: Tari...
Bugun.az

Siyavuş Novruzov DİN-i məhkəməyə vermək fikrindən...
Son Xeberler