🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

SMS icazəsiz gəzənlərin DİQQƏTİNƏ! - Artıq bu şəxslər də yoxlayacaq - RƏSMİ

21.12.2020 08:49 914 baxış sayı 2 dəq. oxuma
SMS icazəsiz gəzənlərin DİQQƏTİNƏ! -

Daxili İşlər Nazirliyi ölkədə tətbiq edilən sərtləşdirilmiş karantin rejimində icazələrin yoxlanılmasına mülki polisləri də cəlb edib. Artıq vətəndaşlara küçədə və digər ictimai yerlərdə xidməti formada olmayan şəxslər yaxınlaşaraq onlardan icazələrinin olub-olmadığını soruşur və DİN tərəfindən onlara verilən cihazda icazəni yoxlaya bilir. Həmin şəxslər mülki formada olan polis əməkdaşlarıdır.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev qafqazinfo-ya açıqlamasında bildirib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları xidməti və mülki geyimdə fəaliyyət göstərə bilər:

“Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qaydalara əməl etməyən şəxsləri müəyyən etmək üçün polis əməkdaşları qanundan irəli gələn bu təcrübədən istifadə edir. İnzibati xətanı aşkar edən mülki geyimli polis əməkdaşı xidməti vəsiqəsini təqdim etməklə, inzibati xəta törədən şəxsi müvafiq polis orqanına təhvil verir.

Əsasən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən, aktiv koronavirus xəstələrinin profilaktikasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına zəmin yaradan şəxslər aşkarlanaraq, barələrində qanunvericiliyə uyğun tədbir görülür”.

Etiketlər

Paylaş: