SON DƏQİQƏ: Azərbaycanın "Xalq artisti"nə koronavirus şoku

17.09.2020 10:41 662 baxış sayı 2 dəq. oxuma
SON DƏQİQƏ: Azərbaycanın "Xalq artisti"nə koronavirus şoku

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun dünya şöhrətli həyat yoldaşı, rusiyalı opera ifaçısı Anna Netrebko koronavirusa yoluxub.

Müğənni xəstəxanaya yerləşdirilib. Bu barədə o özü "İnstaqram" səhifəsində məlumat verib. "Artıq beş gündür xəstəxanadayam. Mən xəstələndiyimi hiss edən kimi dərhal özümü izolyasiya etmişdim. Xəstəxanaya vaxtında gəldim".

Müğənni həyat yoldaşı Yusif Eyvazovda antitel olduğunu, oğlunun isə sağlam olduğunu bildirib.

Xatırladaq ki, 10 gün öncə Moskva Böyük Teatrında onu iştirakı ilə keçirilməli olan "Don Karlos" tamaşasının nümayişi təxirə salınmışdı. Buna səbəb baş rollardan birinin ifaçısında koronavirusun aşkarlanması idi. (baku.ws)

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: