
SON DƏQİQƏ: Bakı polisi əməliyyat keçirdi - Saxlanılanlar var

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlayıb.
A. Orucovdan 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb.
Binəqədi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirbəy Ağayevdən 0,924 qram heroin, çantasından isə 1,674 qram heroin, 2,711 qram metanfetamin, 1983-cü il təvəllüdlü Şirxan Məmmədovdan isə 3,392 qram heroin aşkar edilərək götürülüb.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

SON DƏQİQƏ! Polis və DSX əməliyyat keçirdi, saxlan...
Son Xeberler

Polis “Fairmont otel”də əməliyyat keçirdi -
Son Xeberler

Əfv Komissiyası iclas keçirdi - SON DƏQİQƏ
Son Xeberler

DİN ƏMƏLİYYAT keçirdi:
Son Xeberler

Polis Bakıda əməliyyat keçirdi:
Son Xeberler

Polis Bakı və Lənkəranda əməliyyat keçirdi:
Son Xeberler


