
SON DƏQİQƏ: Bakıda güclü partlayış - Xəsarət alan var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayış dalğasının təsirindən evin divarları dağılıb, dam örtüyü yerindən çıxıb.
Yanğın nəticəsində bitişik ümumi sahəsi 22 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sumqayıtdakı partlayışda xəsarət alanlardan daha...
Bugun.az

SON DƏQİQƏ: Azərbaycanda güclü partlayış, 1 nəfər...
Son Xeberler

Avtomobildə partlayış oldu -Xəsarət alan var
Bugun.az

SON DƏQİQƏ!
Son Xeberler

Bakıda evdə partlayış baş verdi - Yaralanan var
Bugun.az

Bakıda məktəbin qazanxanasında partlayış oldu - Ya...
Son Xeberler


