SON DƏQİQƏ: Bir neftçi itkin düşdü, helikopter cəlb edildi
"Ötən gün "Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlu gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib”.
Bu barədə "Azneft” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edilib ki, Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Əliyev Vidadiyə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib. "Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkçəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. İşçinin itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”,- məlumatda qeyd edilib
Etiketlər
Oxşar xəbərlər
Qardaş ölkədən acı xəbər: Hərbi helikopter qəzaya...
Son Xeberler
5 il qabaq itən daha iki neftçinin meyiti tapıldı...
Son Xeberler
Azərbaycanda 32 yaşlı qadın itkin düşdü - VİDEO
Son Xeberler
İtkin düşən uşağın meyiti tapıldı
Son Xeberler
Faktiki hava şəraiti açıqlandı - SON DƏQİQƏ
Son Xeberler
15 Yaşlı Sevincin Ölümü: Qonşu Kənan İtkin Düşdü
Son Xeberler