SON DƏQIQƏ! ABŞ gecə saatlarında Iranın hərbi obyektlərin vurdu
ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib. “Report” xəbər verir ki, bu barədə ABŞ administrasiyasının iki nümayəndəsinə istinadən “Reuters” agentliyi bildirib. Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub. “Reuters” bildirib ki, ABŞ prezidenti Cozef Bayden hava zərbəsinin endirilməsini bəyənib.
Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyində bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub. Qeyd edilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır. "Politico" isə bildirib ki, ABŞ iranyönlü döyüşçülərin istifadə etdiyi binaya hava zərbəsi endirib. Zərbə nəticəsində bir neçə bina dağılıb. Pentaqon məlumatı təsdiqləyib. Xatırladaq ki, fevralın 22-də Bağdadın “yaşıl zona” adlandırılan hissəsi raket atəşinə məruz qalıb. “Al Arabiya” telekanalının məlumatına görə, şəhərin bu hissəsində dövlət idarələri və xarici diplomatik nümayəndəliklər, həmçinin ABŞ səfirliyi yerləşir. Əraziyə azı üç reaktiv mərmi buraxılıb.
Oxşar xəbərlər
Demeti arı vurdu, özünü lağa qoydu
İdman Xəbər
İran İsraili Vurdu
Son Xeberler
Məşhur meyxanaçı gecə saatlarında döyülüb
Şou Xəbər
Xəzərdə Azərbaycan və İran Dənizçiləri Birgə Təlim...
Bugun.az
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq:
Son Xeberler
SON DƏQİQƏ!Ordumuz düşmənə ağır zərbə endirdi
Son Xeberler