
“Son təxribatlar əlaqələrin sarsıdılmasına yönəldilib” - Nazir

"Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil, bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir".
Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşündə deyib.
Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara toxunan Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi, Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.
Etiketlər
Oxşar xəbərlər

Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxsləri...
Son Xeberler

Prezident bu şəxsi fəxri diplom ilə təltif etdi -
Son Xeberler

Kobaxidze Azərbaycanla Əlaqələri Qeyd Etdi
Bugun.az

Naxçıvanda komandir hazırlığı sistemində məşğələlə...
Son Xeberler

“Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar”...
Son Xeberler

Çində yaşayan gənclərimiz dövlətimizə dəstək payla...
Son Xeberler