“Şükür ki, 30 ildən sonra Qarabağ Azərbaycana qayıtdı” - Danielyan
Sergey Danielyan Bakıda anadan olub. "Azərbaycanfilm" kinostudiyasında, Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. Sonra Moskvaya köçüb. Burda işləməyə başlayıb. "Mən qalıram", "Ev", "Beş gəlin", "Evdar" filmlərinin, "Karamazov qardaşları" serialının, "Ləğv etmə", "Zəmanəmizin qəhrəmanı", "Apostol", "Doktor Tırsa" televiziya tamaşalarının produsseri olub. Hazırda təqaüdçüdür. Amma Bakını və Azərbaycanı unutmayıb. Bu günlərdə Azərbaycanla bağlı xatirələrini özünün facebook səhifəsində yazıb.
Metbuat.az Konkret.az-a istinadən Danielyanın fikirlərini təqdim edir.
"Mən İrəvanda sonuncu dəfə 1971-ci ildə uşaq ikən olmuşam. Bayram nümayişi idi. İrəvanın Lenin prospektində nəhəng bir izdiham, bir insan dənizi vardı. Nümayişçilərin 99.9 faizi ermənilər idi. Ancaq başqa bir şəkil. Həm də 1971-ci ildə. Bayram ovqatı Bakı bulvarı boyunca gəzir. Kütlənin içində kimlər var? Azərbaycanlılar? Bəli, həm də ermənilər, gürcülər, talışlar, osetinlər, yəhudilər, ruslar, tatlar, dağ yəhudiləri, avarlar... sadalamaqdan yoruluram... Fərq budur, azərbaycanlılar bütün dönəmlərdə beynəlmiləlçi olublar. Əminəm ki, həmişə belə olacaq. Bura Azərbaycandır...
İndi 96 dostum var. Bunlardan səkkizi çox fərqli millətdəndir, qalan 88-i azərbaycanlıdır ... 30 ildir xəyal etdim ki, Qarabağ Azərbaycana qayıtsın, çox şükür ki, bu, baş verdi. Mən Azərbaycanı sevirəm və ora üçün çox darıxıram. Mən Bakıda - mədəniyyətin ən yaxşı nümunələrinin olduğu şəhərdə böyüdüm. Bəlkə də inanmayacaqsınız. Mən Azərbaycanın xalq yazıçısı Anar Rzayevin hekayələri və romanları ilə böyümüşəm. Onun bütün əsərlərini demək olar ki, əzbər bilirəm. Musiqi təhsilim yoxdur, amma musiqi duyumum mükəmməldir. Qara Qarayevin "O qızı tapın" filmindəki caz kompozisiyasını oxuya bilərəm. Fikrət Əmirovun demək olar ki, bütün "1001 gecə" baletini oxuya bilərəm. Rasim Ocaqovun bütün filmlərini əzbər bilirəm. Operator kimi başladığı yerləri belə. Və onu tanıyırdım.
Özüm bir az fortepianoda çala bilirəm. Vaqifi ilk dəfə eşidəndən sonra az qala ağlımı itirdim. Üslubunda ifa etməyə çalışdım. İstədim ki, muğamın melodiyasını tam anlayım. Və nəhayətdə müvəffəq oldum. Mən heç vaxt Vaqif Mustafazadəni soyadı ilə çağırmıram. Bu, mənim kumirimdir Sadəcə Vaqif. Babam Niyazini tanıyırdı və mən də onun evində olmuşam. Valideynlərimdən çox şey miras qalıb. Papanın anası Zeynəb Xanlarovanın, anam isə Flora Kərimovanın fanatı idi. Beləcə, böyüdüm mən. Erməni dilində iyirmidən çox söz bilmədiyini etiraf edirəm. Amma qrammatikasını bilməsəm də, Azərbaycan dilində danışıram. Mən Azərbaycan toylarında olmuşam. Ancaq daha vacibi, mən azərbaycanlıların yas məclisində olmuşam. Bu, millətin mədəni kodunun çox vacib bir hissəsidir. Nə isə... Mənim azərbaycanlılar haqqında çox gözəl xatirələrim var. Amma məni bu cür düşünməyə heç kim məcbur etmədi".
Oxşar xəbərlər
“28 ildən sonra Şuşa işğaldan xilas edildi, şükürl...
Son Xeberler
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azər...
Son Xeberler
“Yenidən Azərbaycana qayıtdığıma görə şadam”
İdman Xəbər
“Azərbaycana bütün imkanlarımızla dəstək veririk”...
Son Xeberler
“Qarabağ”ın yeni transferi Bakıya gəldi
İdman Xəbər
“Azərbaycana dəstəyimiz mənəvi və siyasidir” -
Son Xeberler