21.08.2020 15:39
6 abunə
501
Sumqayıt polisi reyd keçirdi - Foto/Video
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri həyata keçirilib.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalara əməl etməyərək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq olunub, barələrində ciddi intizam tədbirləri görülüb. Polislər tərfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.
Reyd zamanı həmçinin avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülüb.
Həmçinin Bakı-Sumqayıt şəhərləri arasında qanunsuz olaraq heç bir sanitar qaydalara əməl etmədən sərnişin daşıyan sürücülər barəsində də ciddi tədbirlər görülüb həmin avtobuslar xəttdən çıxarılıb.