
Son Xeberler
9 abunə
Sumqayıtda tələbə qız özünü dənizə ataraq intihar etdi
21.02.2021 12:22
605 baxış sayı
2 dəq. oxuma

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.
Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.
Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar onu xilas etmək istəsələr də cəhdləri uğursuz olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda 80 yaşlı qadın intihar etdi
Son Xeberler
522
11/02 07:40

Bakıda intihar edən gəncin kimliyi bilindi
Son Xeberler
623
26/01 13:34

İkinci dəhşətli intiharı edən şəxsin kimliyi bilin...
Son Xeberler
643
26/01 16:15

8 yaşlı qız intihar edibmiş
Son Xeberler
577
30/11 13:23

İntihar edən Sevilin şəxsi yazışmaları araşdırılac...
Son Xeberler
808
20/02 17:38

Gəncədə ruhi xəstə intihar etdi
Son Xeberler
633
24/09 06:19


