
Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verildi

“Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib.
Oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil hədiyyə olunub.
Şirkətin rəhbəri bildirib ki, həmin görüntüləri izləyəndə fərəh hissi keçirib və elə o an da həmin əsgərə ev bağışlamaq qərarına gəlib.
Bu gün keçirilən təqdimatda mənzilin sənədləri və açarı əsgərin atası Azad Fərzəliyevə təqdim edilib. A.Fərzəliyev şirkət rəhbərliyinə minnətdarlığını bildirərək təşəkkür edib.
Təqdimatda İ.Fərzəliyevin anası Mətanət Fərzəliyeva da işitrak edib.
Oxşar xəbərlər

Bayrağımız Suqovuşana belə sancıldı -
Son Xeberler

Suqovuşanda yaşayış kompleksi istifadəyə verildi
Bugun.az

Rusiya ordusunda kütləvi peyvəndlənmə başladı
Son Xeberler

Pul qarşılığında düşmən ölkənin bayrağını öpməyi t...
Son Xeberler

“Azərişıq” “Əsgərə məktub” layihəsinə qoşuldu -
Son Xeberler

Prezident Azərbaycanın üçrəngli Bayrağını ucaldıb...
Bugun.az