🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Suriyada Vəziyyəti Dəyişən Hərbi Əməliyyat

01.12.2024 12:47 4 baxış sayı 5 dəq. oxuma
Suriyada Vəziyyəti Dəyişən Hərbi Əməliyyat

Suriyanın Milli Ordusu ("Azadlıq Səhəri" əməliyyatı çərçivəsində) Hələb yaxınlığındakı Kuvayris Hərbi Hava Limanını ələ keçirərək, PKK/YPG terror təşkilatının Təl Rifət-Münbiç lojistik xəttini kəsdi.


PKK/YPG-nin Təl Rifət ilə Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratmaq planına qarşı başlatdığı əməliyyatda Suriyanın Milli Ordusu hava limanını tamamilə nəzarətə aldı. Hərbi təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi Kuvayris Hərbi Hava Limanının ələ keçirilməsi ilə PKK/YPG-nin Təl Rifət-Münbiç lojistik xətti tamamilə iflic oldu. Qeyd edək ki, Kuvayris Hərbi Hava Limanı əvvəllər İsrail tərəfindən də bir neçə dəfə hədəf alınıb.


Suriya Milli Ordusu, PKK/YPG-nin Təl Rifət ilə Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratmaq planına qarşı "Azadlıq Səhəri" əməliyyatını başlatmışdı. Rejim əleyhinə silahlı qrupların Hələbə doğru irəliləməsi ilə, ərazilərini qısa müddətdə itirmiş Suriyanın rejim qüvvələri, PKK/YPG-dən kömək istəmiş və bu da terror təşkilatına imkan yaratmışdı.


Suriya rejimi, öz nəzarətində olan əraziləri Fıratın şərqində yerləşən PKK/YPG qüvvələrinə təhvil verməyə başlamış, Fıratın şərqindən çox sayda PKK/YPG-li terrorçu Hələb bölgəsinə gəlmiş və təşkilata məxsus ağır silahlar bu bölgəyə yönəldilmişdi. PKK/YPG, Suriyanın rejim qüvvələrinin əraziləri onlara təhvil verməsindən istifadə edərək Təl Rifət ilə Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratmaq planını həyata keçirməyə çalışırdı. Bunun üzərinə Suriyanın Milli Ordusu qrupları "Azadlıq Səhəri" əməliyyatını başlatmış və Rəqqə ilə Hələb arasındakı yolu kəsərək PKK/YPG-nin planının qarşısını almışdı.


Suriyada Əsəd rejimi qüvvələri ilə 4 gündür davam edən döyüşlərdə rejim əleyhinə qruplar ölkədə irəliləyişlərini davam etdirirlər. Hələb şəhərinin böyük bir hissəsini və İdlibin tamamilə rejim qüvvələrindən geri alan silahlı qruplar, İdlibin cənubunda yerləşən rejimin nəzarətində olan Hama şəhərinə yaxınlaşıb.


Rejim ordusu müxaliflər qarşısında dayana bilməyərək əraziləri tərk etməyə məcbur oldu. Rusiyaya qaçdığı deyilən Suriyanın prezidenti Bəşşər Əsəd ilk bəyanatında dedi ki, "Bütün terrorçulara və onların tərəfdaşlarına qarşı yaşayış məntəqələrimizi və ərazi bütövlüyümüzü qorumağa davam edirik. Müttəfiq və dostlarımızın yardımı ilə, hücumlar nə qədər şiddətli olursa olsun, onları məğlub etmək və aradan qaldırmaq imkanımız var".


Suriyada baş verən hadisələrlə bağlı ABŞ-dan ilk bəyanat verildi. Bəyanatda deyilir: "Suriyadakı vəziyyəti diqqətlə izləyirik və son 48 saatdır regional paytaxtlarla əlaqə saxlayırıq. Əsəd rejiminin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində göstərilən siyasi prosesə qoşulmaqdan davamlı imtina etməsi və Rusiya ilə İrana söykənməsi, hazırda Suriyanın şimal-qərbində baş verən hadisələrin, xüsusilə rejim xətlərinin çökməsinin şəraitini yaratmışdır. ABŞ, "Heyət Tahrir əş-Şam" (HTŞ) liderliyindəki bu hücumla heç bir əlaqəsi olmadığını bildirir. ABŞ, tərəfdaşları və müttəfiqləri ilə birlikdə, gərginliyin azaldılması, mülki əhalinin və azlıq qruplarının qorunması və bu vətəndaş müharibəsini birdəfəlik sona çatdıra biləcək, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun ciddi və etibarlı bir siyasi prosesə çağırış edir. Bundan əlavə, Suriyada "İŞİD"-in yenidən dirçəlməsinin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edən ABŞ personalını və hərbi mövqelərini tam şəkildə müdafiə etməyə və qorumağa davam edəcəyik."


Suriyanın şimalındakı Hələb vilayətinin qərb kənarında, 27 noyabrda Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında toqquşma başlamışdı. 27-28 noyabr tarixlərində Hələbin qərb kənarından mərkəzə doğru sürətlə irəliləyən rejim əleyhinə silahlı qruplar bu gün mərkəzin böyük hissəsini ələ keçirdilər. Silahlı qruplar axşam saatlarında Xan Şeyxunu ələ keçirərək bütün İdlib ərazisində hakimiyyət qurdular.


Paylaş: