🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Suriyada Yeni Baş Nazir Təyin Edildi

09.12.2024 15:47 8 baxış sayı 2 dəq. oxuma
Suriyada Yeni Baş Nazir Təyin Edildi

Suriyada uzun müddət davam edən qarışıqlıqdan sonra yeni bir dövr başlayıb. Ölkənin keçid hökumətinə rəhbərlik etmək üçün mühəndislik və hüquq sahələrində təcrübəsi ilə tanınan Məhəmməd əl-Bəşir təyin edilib.


İdlib əsilli əl-Bəşirin rəhbərlik etdiyi yeni kabinet, Bəşər Əsəd sonrası Suriyanın yenidən qurulması və sabitləşməsi üçün çox böyük məsuliyyət daşıyacaq. Bu, ölkə üçün yeni bir başlanğıc, yeni bir imkandır.


Məhəmməd əl-Bəşir kimdir? 1983-cü ildə İdlibdə anadan olan Məhəmməd əl-Bəşir, 2007-ci ildə Hələb Universitetinin Elektrik Mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildən etibarən Suriyanın Qaz Şirkətində rəhbər vəzifəsində çalışıb. Bundan əlavə, İdlib Universitetindən Şəriət və Hüquq üzrə diplomu olan əl-Bəşir, dövlət idarəçiliyi sahəsində də təhsil alıb. 2022-2023-cü illərdə Xilaskar Hökumətdə İnkişaf və İnsan Hüquqları naziri olaraq çalışıb və 2024-cü ilin əvvəlində baş nazir seçilib.


Yeni kabinetin tərkibi belədir: Baş nazir Məhəmməd əl-Bəşir, Ədliyyə naziri Şadi əl-Veysi, Daxili İşlər naziri Məhəmməd Əbdürrəhman, Maliyyə naziri Basel Əbdüləziz, Kənd Təsərrüfatı naziri Məhəmməd əl-Əhməd Bakan Nazir əl-Kadiri, Rabitə naziri Məhəmməd əl-Ümər, Vəqflar naziri Hüsam Hacı Hüseyn, Səhiyyə naziri Mazin Duğan, Təhsil naziri Əndülmunim Əbdülhəfiz, Yerli İdarəetmə naziri Məhəmməd Müslüm, İnkişaf naziri Fədi əl-Qasim.


Şəriətə vurğu diqqət çəkir. Müvəqqəti hökumətin ədliyyə naziri Şadi əl-Veysi verdiyi açıqlamada “Həmd olsun, bütün aləmlərin Rəbbi Allaha, başımız uca şəkildə bura gəldik. Şəriət qaydalarının bu bənzərsiz şəhərdə qurulmasını arzulayırıq” deyib.


Paylaş: