“Şuşa polis şöbəsi hələ köçürülməyib” - DİN

12.11.2020 11:20 743 baxış sayı 2 dəq. oxuma
“Şuşa polis şöbəsi hələ köçürülməyib” - DİN

Daxili İşlər Nazirliyi Şuşa rayon polis şöbəsinin işğaldan azad edilən Şuşa şəhərinə köçürülməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

DIN-in Mətbuat Xidmətindən  bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq müvafiq tədbirlər görülür.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonların polis şöbə rəisləri həmin rayonlar üzrə müvəqqəti komendant təyin ediliblər. Müvəqqəti komendantlar hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər. Artıq müvafiq polis şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi prosesinə başlanılıb.

Lakin Şuşa rayon polis şöbəsi hazırda Tərtər rayonunda fəaliyyətini davam etdirir və Şuşa şəhərinə köçürülməyib. Fərmana uyğun olaraq polis şöbələri işğaldan azad edilən rayonlara köçürüləcək.

 

 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: