🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq” - Ermənistanın ilk Baş Naziri

27.10.2020 11:37 511 baxış sayı 3 dəq. oxuma
“Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq” -

Ermənistanın ilk baş naziri və ikinci müdafiə naziri, “Milli Demokratik Birlik” partiyasının sədri Vazqen Manukyan Ermənistan hökumətini istefaya çağırıb.

O, bu barədə öz müraciətində bildirib.

“Bu gün tariximizin biabırçı səhifələrindən birini yaşayırıq. Ermənilərin gələcəyi olan Ermənistan da təhlükə altındadır. Vəziyyəti dəyişdirmək, geri dönüş etmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətlə yox. Bu hökumət istefaya getməlidir. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik",-deyə Manukyan qeyd edib.

Xatırladaq ki, müzəffər Ordumuz qarşısında məğlub olan Ermənistanda daxili vəziyyət gərginləşməkdə davam edir. Paşinyan demək olar ki, hər gün çıxışlarında uduzduqlarını xalqa etiraf edir.  Aciz durumda qalan baş nazir qadınları belə döyüşə çağırır.

Erməni mətbuatı hakimiyyətin indi ciddi təlaş içində olduğunu vurğulayır. Ölkədə çevriliş təhlükəsi var. Faktiki olaraq bütün millət Paşinyandan, onun komandasından izahatlar tələb edir.

Onlar  diplomatik cəbhədə necə və nə zaman məğlub olduqlarını başa düşmək üçün müharibənin başa çatmasını gözləyirlər. Cəbhədə artan itkilər xalqı Paşinyan iqtidarına qarşı daha qəzəbli edir. Ona qarşı artıq istefa tələbləri səslənməyə başlayır. Paşinyanın elan etdiyi total səfərbərlik sadəcə öz əsgərlərini məhv etməyə hesablanıb. 

Bir müddət əvvəl Ermənitan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Kristine Poğosyanın son günlərdə siyasi müxaliflərə ünvanlanmış təhdidləri də bunu təsdiq edir. O, müxaliflərə müraciət edərək bildirirdi ki, müharibədən sonra onlar öz hallarını görəcəklər.

 

 
Paylaş: