🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB nümayəndəsi: Azərbaycanda ailəiçi yoluxmalar çoxdur

20.06.2020 09:19 500 baxış sayı 2 dəq. oxuma
TƏBİB nümayəndəsi: Azərbaycanda ailəiçi yoluxmalar çoxdur

“Bu gün vətənpərvər insan başa düşməlidir ki, Vətənimiz çətin sınaq qarşısındadır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, bu gün sərhədlərin bağlanmasından hər birimiz əziyyət çəkirik: “Bizim də övladlarımız var, biz də istirahətsiz əziyyət çəkirik. Qapanmaya gəlincə, həftəsonu Bakıdan rayonlara gediş çox oldu. Yaydır, hər kəs istirahət istəyir. Səhiyyə sisteminin yükünü azaltmaq üçün belə sərt tədbirlərə əl atırıq. Mənim ətrafımda da ailəiçi yoluxmalar çoxdur. Avropalılar üçün izolyasiya, tək yaşama geniş yayılıb, bizdə isə insanlarımız daha çox ailə formasında yaşayır. Ona görə də son vaxtlar ailə içində yoluxma çoxdur”.

Paylaş: