Son Xeberler
7 abunə
TƏBİB sədri vətəndaşlara müraciət edib: "İnanmayın"
19.01.2021 10:33
360 baxış sayı
4 dəq. oxuma
"Çinin "SinoVac” şirkətinin istehsal etdiyi və Azərbaycanda da istifadə olunan "CoronoVAC” vaksinindən artıq Türkiyədə 1 milyondan çox tibb işçisinə vurulub və hər hansı əlavə yan təsirlər, fəsadlar müşahidə edilməyib".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, ölkəyə gətirilən hər bir partiya vaksin laboratoriya sınaqlarından keçirildikdən sonra istifadəyə qəbul edilir: "Ölkəmizə gətirilən vaksin seriyası Türkiyə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Əczaçılıq qurumunun laboratoriyalarında iki həftəlik analiz prosesindən uğurla keçib. Bundan sonrakı növbəti partiyalar da bu qaydada yoxlanılacaq”.
R.Bayramlı koronavirus əleyhinə vaksinin yan təsirlərinin olması barədə iddialara da münasibət bildirib: "İlk mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Əlavə təsirlər baş ağrısı, yüngül qızdırma və bəzən də halsızlıq ola bilər. Hər bir şəxs vaksindən sonra 30 dəqiqə müşahidə altında saxlanılır. Eyni zamanda əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalarına müraciət edə bilərlər”.
Onun sözlərinə görə, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır və ehtiyac olarsa digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq.
Koronavirusun mutasiyaya məruz qalan növünə hələ Azərbaycanda rast gəlinməsə də TƏBİB sədri qeyd edib ki, vaksin virusun bu ştammına qarşı da təsirlidir: "Azərbaycana gələn bütün şəxslərin COVID-19 testindən keçirilməsi koronavirusun mutand ştamlarının ölkəmizə girişinin qarşısını əhəmiyyətli dərəcədə alıb. Əgər belə hal aşkarlanarsa əlavə tədbirlər görüləcək və bu barədə ictimaiyyət məlumatlandırılacaq”.
R.Bayramlı həmçinin vətəndaşları sosial şəbəkələrdə TƏBİB adından yayılan yalan məlumatlara inanmamağa çağırıb: "Yalnız rəsmi məlumatlara etibar etsinlər. Səhiyyə işçiləri üçün vaksin tunel ucunda görünən işıq kimidir və hər kəsi vaksinasiya olunmağa dəvət edirəm”.
Oxşar xəbərlər
TƏBİB sədri Ramil Bayramlının istefası ilə bağlı
Son Xeberler
718
30/06 14:56
Apteklərlə bağlı vətəndaşlara müraciət
Son Xeberler
571
11/06 14:21
ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
Son Xeberler
510
12/06 16:09
TƏBİB sədri Ramin Bayramlıdan
Son Xeberler
655
14/07 14:04
COVID-19 testlərinin maya dəyəri 40 manatdır
Son Xeberler
414
18/06 16:09
TƏBİB-dən VACİB AÇIQLAMA -
Son Xeberler
618
20/06 07:36