🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Təcili mutant virusun Azərbaycana gəlməsinin qarşısı alınmalıdır - AÇIQLAMA

21.12.2020 07:41 398 baxış sayı 5 dəq. oxuma
Təcili mutant virusun Azərbaycana gəlməsinin qarşısı alınmalıdır -

Koronavirusun yeni növünün yayılması ilə bağlı məlumatları bu qədər həyəcanla tirajlamaq hələ tezdir:

Bu sözləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev İngiltərədə mutasiyaya uğradığı söylənən koronavirus haqqında bildirib.

"Dünəndən etibarən istər sosial şəbəkələrdə, istərsə də mətbuatda insanlar arasında “B.1.1.7 SARS-CoV-2”-ni mutasiyaya uğramış yeni virus adı kimi səsləndirmək yanlışdır. Ümumiyyətlə, virusda yanvar ayından bu günə qədər müəyyən dəyişikliklər baş verir. Məsələn, Çində ilk yaranan vaxtdakı virusla bir müddət keçdikdən sonra ölüm halları çoxalan zamandakı virus arasında fərq var idi. Eləcə də yanvar ayında Almaniyada yayılan ilk virusla İtaliyada yayılan virus arasında fərqlilik var idi. Elə məhz bu fərqliliyə görə hələ o zaman Almaniya İtaliyanın “virus bizə sizdən keçdi” iddiasının yalan olduğunu elmi cəhətdən sübut etdi. Bu dəfə isə İngiltərədə virusun B.1.1.7 qolunda və ya soyunda (english: lineage B.1.1.7) müəyyən dəyişikliklər aşkarlanıb. Bu dəyişikliklər son 4 həftədə çoxalıb və İngiltərənin fərqli yerlərində yoluxmalar zamanı virusda aşkarlanıb. Bu da İngiltərə alimlərini haqlı narahat edib. Çünki virusda olan bu dəyişikliklərin çoxalması ilə İngiltərədə yoluxmaların sayının artması eyni vaxtda baş verib. Bu zamanlamanın sadəcə bir təsadüf olma ehtimalı da var, olmaması da mümkündür. Ona görə də elm adamları virusun bu növ dəyişikliyini nəzərə alaraq onu bütün dünyada genomik və epidemioloji olaraq ciddi nəzarətdə saxlamalıdırlar. Bu cür dəyişmiş virusun antigen yaratma qabiliyyəti və virulentliyi haqqında dəqiq nəsə demək hələ tezdir, çünki bu mutant viruslarla əvvəlki virusları laboratoriyada hələ ciddi müqayisə edən olmayıb".

Tibb elmləri doktoru bildirib ki, Azərbaycan da təhlükəsizlik tədbirlərini güclü təşkil etməlidir.

"Şübhələr doğru olarsa, bu, virusun indikindən sürətlə yayılması və istər-istəməz ölüm sayının artması deməkdir. Bunlar olmasın deyə, indiki mərhələdə həmin mutant virusların Azərbaycana gəlməsinin (əgər gec deyilsə), eləcə də yayılmasının qarşısı maksimum alınmalıdır və həmin viruslarla əvvəlki virusların laboratoloji müqayisələrinin nəticəsi diqqətdə saxlanılmalıdır. Təəssüf hissi ilə qeyd edirəm ki, bu günə qədər bizim ölkədə virusların hansı mutant variantlarının olduğu haqda dəqiq elmi məlumatlar yoxdur. Bu da hazırkı vəziyyətimizi bir az qəlizləşdirir".

N. Abdullayev bildirib ki, bu cür mutant virusların ilkin mərhələdə tətbiq ediləcək birinci nəsil peyvəndlərin funksiyasına, xüsusilə də gen texnologiyası ilə hazırlanan peyvəndlərin funksiyasına təsiri o qədər də ehtimal olunan deyil: "Çünki gen texnologiyasında bu cür dəyişikliklərə uyğun peyvənd hazırlamaq çətin olmamalıdır".

N. Abdullayev qeyd edib ki, rəsmi olaraq Almaniyada hələ yeni mutant viruslara rast gəlinməyib.

Etiketlər

Paylaş: