Təhsil haqqı ilə bağlı güzəşt olacaq? - Nazirdən açıqlama

16.10.2020 08:10 618 baxış sayı 1 dəq. oxuma
Təhsil haqqı ilə bağlı güzəşt olacaq? -

Hazırda insanlar işlərinə davam edirlər, koronavirusun artması ilə əlaqədar iş yerləri bağlanmır, məvaciblər verilir və iqtisadi təsir hələlik yoxdur. Buna görə də təhsil haqqlarına güzəşt nəzərdə tutulmur.

Bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilir və bu say artırılacaqdır.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: