Tovuz döyüşlərində şəhid olan hərbçilər anıldı - FOTOLAR

23.08.2020 13:24 571 baxış sayı 2 dəq. oxuma
Tovuz döyüşlərində şəhid olan hərbçilər anıldı -

​Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.

Müdafiə nazirinin tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla yad edib və onların ailə üzvlərinə nazirliyin rəhbərliyi adından bir daha başsağlığı çatdırıblar.

Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyəti, dövlət strukturları, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.







T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: