Tramp Elon Maskı Nazir Təyin Etdi! Yeni Missiya: Hökuməti Dəyişdirmək
Donald Tramp, Elon Maskın yeni vəzifəsini açıqlayarkən, qısaldılmış adı “DOGE” olan nazirliyə Mask və Ramasvami birgə rəhbərlik edəcəklərini bildirib. Donald Tramp, Mask və Ramasvamini, hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri azaltmaq, israfçılığı kəsmək və federal qurumları yenidən qurmaq üçün qabaqcıl qüvvə kimi göstərib.
Tramp bunu zamanın “Manhattan layihəsi” adlandırmış və Respublikaçı siyasətçilərin uzun müddətdir “DOGE” hədəfləri barədə xəyal qurduğunu qeyd edib. Maraqlıdır ki, nazirliyə Maskın sevdiyi kripto valyutanın adı verilib.
Tramp, Hökumət Səmərəliliyi Nazirliyinin hökumətdən kənarda məsləhət və rəhbərlik verəcəyini, geniş miqyaslı struktur islahatını yönəltmək və hökumətdə əvvəllər görülməmiş sahibkarlıq yanaşması yaratmaq üçün Ağ Ev və İdarəetmə və Büdcə Ofisi ilə işbirliyi edəcəyini bildirib.
Donald Tramp, "Elon və Vivek’in federal bürokratiyada səmərəlilik yaratmasını və bütün amerikalılar üçün həyatı daha yaxşı hala gətirmək üçün dəyişikliklər etməsini səbirsizliklə gözləyirəm.” deyə bildirib.
İllik 6,5 trilyon dollarlıq hökumət xərclərindəki böyük israfı və saxtakarlığı aradan qaldıracaqlarını vurğulayan Tramp, Mask və Ramasvamini ABŞ iqtisadiyyatını azad etmək və hökuməti xalqa qarşı məsuliyyətli etmək üçün birlikdə çalışacaqlarını söyləyib.
Tramp, işlərinin ən geci 4 iyul 2026-cı ilə qədər tamamlanacağını qeyd edərək, Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə daha səmərəli və daha az bürokratik, daha kiçik bir hökumətin ölkəyə bir "hədiyyə" olacağını bildirib.
Bəyanatda fikirləri verilən Mask, "Bu, sistemdə və hökumət israfına cəlb olanlar arasında şok dalğaları yaradacaq." deyib.
Etiketlər
Oxşar xəbərlər
Mask Trampın Mitinqində İştirak Etdi
Bugun.az
Tramp vida çıxışı etdi:
Son Xeberler
Fransanın yeni Baş Naziri bəlli oldu
Son Xeberler
Prezident nazir müavini təyin etdi -
Son Xeberler
Tramp Qələbə Çaldı, Berat Albayrak Gündəmə Gəldi
Son Xeberler
Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az