
Trampa İsraildə gözlənilməz qarşılanma! Çimərliyə nəhəng pankart

ABŞ Prezidenti Donald Trampın İsrailə səfəri çərçivəsində səhər saatlarından etibarən geniş təhlükəsizlik tədbirləri tətbiq olunub. İsrail Polisi Təl-Əviv ilə Qüds arasındakı 1 nömrəli şoseni hər iki istiqamətdə tamamilə nəqliyyat üçün bağlayıb, Təl-Əviv çimərliklərinə isə nəhəng "Təşəkkürlər, Tramp" pankartı asılıb.
ƏHALİYƏ MÜRACİƏT EDİLİB
Bundan əlavə, Qüdsdə Herzl, Rabin və Veyzman bulvarları başda olmaqla bir çox əsas küçə də bağlı vəziyyətdədir. İsrail polisi əhaliyə ictimai nəqliyyatdan istifadə etməyə və təlimatlara əməl etməyə çağırıb.
TRAMP MİSİRDƏKİ ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK EDƏCƏK
Trampın Qüdsdə İsrail Parlamentində (Knesset) çıxış etdikdən sonra Təl-Əvivə keçərək azad edilmiş əsirlər və onların yaxınları ilə görüşməsi gözlənilir. Trampın 09:20-də Təl-Əvivə enməsi və saat 13:00-da oradan ayrılaraq Misirə yollanması planlaşdırılır.
QƏZZADA ATƏŞKƏS VƏ ƏSİR MÜBADİLƏSİ SAZİŞİ
ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlarda İsrail ilə HƏMAS-ın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini elan etmişdi. Danışıqların aparıldığı Misirdə saziş imzalanarkən, İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-u səhər saatlarında saziş qüvvəyə minmişdi. İsrail ordusunun sazişdə göstərildiyi kimi "sarı xətt"ə çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün saat 12:00-dan etibarən qüvvəyə mindiyi açıqlanmışdı. İsrailin 8 oktyabr 2023-cü il tarixindən atəşkəs sazişinə qədər davam edən müddətdə Qəzza zolağına həyata keçirdiyi hücumlarda 67 min 682 nəfər həlak olmuş, 170 min 33 nəfər isə yaralanmışdı.
Oxşar xəbərlər

“Qarabağ” İsraildə belə qarşılandı -
Son Xeberler

İsraildə küçədə Trampın fotosu asıldı
Bugun.az

İsraildə üçüncü total karantin rejimi başladı
Son Xeberler

Co Bayden rəsmən Trampa rəqib oldu
Son Xeberler

Maçado Nobel mükafatını Trampa həsr etdi
Bugun.az

Maskın Ağ evdə ofis açmasna icazə verilmədi
Bugun.az