Türk Şurası Azərbaycana başsağlığı verdi

03.12.2020 19:20 498 baxış sayı 2 dəq. oxuma
Türk Şurası Azərbaycana başsağlığı verdi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana başsağlığı verib.

Bu barədə təşkilatın rəsmi "Twitter" hesabında qeyd olunub.

"Türk Şurası üzv dövlət, qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsində öz vətənini qorumaq üçün həyatını verən 2783 şəhidə Allahdan rəhmət diləyir. Bütün qazilərin tezliklə sağalmasını arzulayır. Azərbaycana və bütün türk dünyasına başsağlığı verir", - başsağlığında qeyd edilib.

 

 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: