Türkiyə İranla sərhədlərini açır

15.06.2020 13:53 687 baxış sayı 2 dəq. oxuma
Türkiyə İranla sərhədlərini açır

Avqustun 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşlar bərpa olunacaq.

Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.


"Sərhədləri açdıq. Həm hava yolları, həm də sərhəd keçidlərində işimizi davam etdirəcəyik. Bu, hər iki tərəf üçün, xüsusən qarşıdakı dövrdə turizm sektoru üçün vacibdir. Problem yaşanmazsa, avqustun 1-dən uçuşların bərpa olunması planlaşdırılır. İkitərəfli münasibətlərimizi qarşılıqlı etimad və ümumi mənfəət əsasında inkişaf etdirməyə davam edəcəyik",- deyə Çavuşoğlu bildirib.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: