Türkiyə MN Azərbaycanı belə təbrik etdi

08.11.2020 10:50 489 baxış sayı 1 dəq. oxuma
Türkiyə MN Azərbaycanı belə təbrik etdi

“Qəhrəman Azərbaycan Ordusu xüsusi əhəmiyyətə sahib Şuşa şəhərini işğaldan azad edib. Təbrik edirik”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında qeyd olunub.

Azərbaycan - Türkiyə ordusunun birgə hərbi təlimindən foto paylaşılan nazirliyin səhifəsində daha sonra bu fikirlər qeyd olunub:

“Azərbaycan türkü qardaşlarımız 28 ildən sonra Şuşanın məşhur xarıbülbül çiçəyinin açılmasını görəcək, qoxusuna doyacaqlar. Necə də xoşbəxtdilər”.

 

S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: