🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Türkiyə ordusu Qarabağa girə bilər: Politoloqdan AÇIQLAMA

22.09.2020 08:16 364 baxış sayı 7 dəq. oxuma
Türkiyə ordusu Qarabağa girə bilər:

"Sorosun məhsulu olan Paşinyan rejimi təxribatlardan əl çəkmir. İstər Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” deyərək danışıqları yerlə bir etməsi, istər Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti, istərsə də sərhəddə fasiləsiz təxribatlar törətməsi müharibənin yenidən başlaması ehtimalını artırır. Azərbaycan müharibə istəmir, beynəlxalq hüquq çərçivəsində məsələnin həllində maraqlıdır. Bunu ən son açıqlamasında cənab Prezident İlham Əliyev bir daha bildirdi. Lakin o eyni zamanda qeyd etdi ki, “Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir?” Düşünürəm ki, bu Ermənistan üçün bir mesajdır. Bundan əlavə, Prezident eyni zamanda onu da bildirdi ki, danışıqlar faktiki olaraq getmir, dayanmış vəziyyətdədir".

Bu sözləri  politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, hal-hazırki vəziyyətdə müharibə olma ehtimalı yüksəkdir:

"Azərbaycanın güclü ordusu var, üstəlik xalqımızın da bu məsələdə səbri tükənib. Həm dövlətimiz, həm xalqımız artıq hansı yolla olur-olsun öz əzəli torpaqlarını geri istəyir. Hər baxımdan biz buna qadirik. Şəmkirdə növbəti pilotsuz uçuş aparatının vurulması da bunun əyani sübutudur. Hər kəsi düşündürən bir sual isə müharibə olacağı təqdirdə Türkiyə və Rusiyanın da buna qoşulmaq, daha böyük müharibəyə çevrilmə ehtimalının olub-olmamasıdır. Əvvəla onu qeyd edim ki, Ermənistan bir tərəfdən Suriya və Livan ermənilərini məskunlaşdırır. Nəzərə alsaq ki, Livan daim terrorçuların kök saldığı bir yer olub, məsələnin ciddiliyi daha da təhlükəli xarakter alır. Çünki buradan köçürülən ailələrin içərisində də terrorçuların olma ehtimalı böyükdür. Digər tərəfdən PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması ilə bağlı xəbərlərin artması müharibə olacağı ehtimalını daha da artırır. Göründüyü kimi Ermənistan hər vəchlə, terrorçuları cəlb etməklə belə danışıqlarda maraqlı deyil. Eyni zamanda bu gündən etibarən Azərbaycan hərbi vəzifəlilərin orduya çağırışına başladı. Məskunlaşdırma, işğal, təxribat, Tovuz hadisələri və Paşinyanın sərsəm bəyanatları azmış kimi Ermənistan Rusiyadan silah almağa davam edir. Əlbəttə, Rusiya müstəqil dövlətdir, iqtisadiyyatı silah sənayesindən asılı olan bir dövlətdir və istənilən dövlətə də silah sata bilər. Lakin silah satışı məsələsində Ermənistan istisna təşkil etməlidir. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi iki tərəfə də bərabər məsafədə dayanmalıdır. Lakin illərdir biz bunun tamamilə əksini görürük. Bütün bu faktlar müharibə ehtimalını təbii ki, artırır".

Şəbnəm Həsənova bildirib ki, son illərdə Türkiyənin PKK ilə mübarizə şəraitində olduğunu və Ermənistanın Qarabağa terrorçuları köçürdüyünü nəzərə alsaq, Türkiyə ordusunun Qarabağa girməsi ehtimalı böyükdür:

“Bütün bu təxribatlar fonunda isə Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri müntəzəm xarakter daşıyır. Ermənistan rəhbəri yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bu fakt, Türkiyə faktoru da onları qorxuya salır.

Eyni zamanda o da qeyd olunmalıdır ki, Türkiyə Prezidentinin Administrasiyasından bir daha bildirildi ki, Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir. Bu isə nəinki Ermənistanı, eyni zamanda hər kəsi agah etməlidir ki, Türkiyə Azərbaycanı döyüş meydanında tək qoymayacaq. Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara Azərbaycanı dəstəkləyəcək və bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək. ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxayın salması fonunda bu işğalçı dövlət havadarlarının səssiz razılığına güvənərək unutmasın ki, Türkiyə də Azərbaycanın müttəfiqidir.

Bütün bu amilləri nəzərə alaraq Türkiyə Qarabağa girə bilər. İllərdi PKK terrorçuları ilə regionda mübarizə aparan Türkiyənin bu mübarizədə üzünü Cənubi Qafqaza da tutması nəinki istisna hal təşkil etmir, eyni zamanda son dərəcə mümkün bir ssenaridir”.

Paylaş: